32 mindən çox şəxsə peşəyönümü məsləhətləri verilib

saytların hazırlanması

Evə çatdırılma

32 mindən çox şəxsə peşəyönümü məsləhətləri verilib

Sosial

22 Aprel 2019 19:24 810


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti  tərəfindən işaxtaran vətəndaşlar və gənclər üçün peşəyönümü tədbirlərinin təşkili davam etdirilir.  

"Yeni Sabah" xəbər verir ki, cari ilin 3 ayı ərzində respublika üzrə 32 min 849 vətəndaş bu tədbirlərə cəlb olunub. Onlardan 22 mindən çoxu gənclərdir. 

Peşəyönümünə cəlb olunan şəxslərə əmək bazarında mövcud vəziyyət və tələb olunan peşə və ixtisaslar barədə məlumatlar verilib. İştirakçılara düzgün peşə seçiminə dəstək məqsədilə məsləhət xidmətləri göstərilib. Onlar Dövlət Məşğulluq Xidməti tərəfindən göstərilən məşğulluq xidmətləri, aktiv məşğulluq tədbirləri barədə də məlumatlandırılıb.  Marqarita pizza

İl ərzində respublikamızın şəhər və rayonlarındakı məktəblərdə peşəyönümü tədbirləri davam etdiriləcək.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!