Səudiyyə Ərəbistanı, İran və Türkiyə də daxil olmaqla, 33 ölkə üçün Ümrə ziyarətini qadağan edib.
Yenisabah.az "Əl-Qüds əl-Arabi"yə istinadla xəbər verir ki, bu barədə krallığın Həcc və Ümrə Nazirliyi qərar qəbul edib.
Nazirlik xarici zəvvarlar üçün Məscidül-Həram və Məscid-i Nəbidə ibadətlərin yerinə yetirilməsini ölkə tərəfindən təsdiqlənmiş 4 növ (Pfizer / Biontech, Oxford / Astrazenka, Moderna və Johnson & Johnson) peyvəndlə şərtləndirib. pizza hut
Yeni qaydalara görə, 2 dozada "Sinofarm" və "Sinovac" peyvəndlərini vurdurmuş səyahətçilər təsdiqlənmiş 4 peyvənddən birinin əlavə dozasını vurdurduqları təqdirdə ölkəyə buraxılacaqlar.
Səudiyyə səlahiyyətlilərinin sözlərinə görə, Türkiyə, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, Pakistan, İran, Hindistan, Misir və Livan zəvvarları üçün Ümrə ziyarəti qadağan edilən ölkələr arasındadır.
Keçən ilin oktyabr ayında Səudiyyə Ərəbistanı koronavirusa görə 7 aylıq fasilədən sonra Həcc və Ümrə mərasimlərini bərpa edib və hər gün təxminən 20.000 Ümrə ziyarətçisinin və ya ayda 600.000 insanın müqəddəs məscidlərə girməsinə icazə verilib.
Səudiyyə Ərəbistanında son vaxtlar korona virusuna yoluxmuş insanların sayında artım müşahidə olunur. Ölkədə ümumən 532.785 yoluxma və 8.320 ölüm qeydə alınıb.
Telegram kanalımız