34 yaşlı homoseksual Fransanın baş naziri ola bilər

saytların hazırlanması

Evə çatdırılma

34 yaşlı homoseksual Fransanın baş naziri ola bilər

Dünya

09 Yanvar 2024 09:54 439


Fransanın təhsil naziri Qabriel Atal dünən istefa verən Baş nazir Elizabet Bornu əvəz edə bilər. 

Yenisabah.az “France-Presse”ə istinadla xəbər verir ki, bu barədə (AFP) Elize sarayındakı mənbələr məlumat yayıb. 

Nəşr yazır ki, bu varis seçimi ilə Fransa lideri Emmanuel Makron başlanğıcında bir sıra qeyri-populyar islahatlarla yadda qalan ikinci prezidentlik beşillik planına yeni nəfəs verməyə çalışır. Qəzet əlavə edib ki, onların arasında ən səs-küylüsü pensiya yaşını 62-dən 64-ə qaldıran pensiya islahatı olub və bu qərar cəmiyyətdə ciddi narazılığa səbəb olub.  pizza

Homoseksual olan 34 yaşlı Atal, əgər hökumət başçısı təyin olunarsa, Fransa tarixində ən gənc Baş nazir olacaq. Bu yolla o, 1984-cü ildə 37 yaşında kabinetin rəhbəri kimi təsdiqlənən Loran Fabiusun “rekord”unu da keçə bilər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!