350 manatlıq mübahisə cinayətə çevrildi: Saxlanılan var

saytların hazırlanması

Evə çatdırılma

350 manatlıq mübahisə cinayətə çevrildi: Saxlanılan var

Kriminal

08 Yanvar 2026 17:32 576


Paytaxt sakini polisə müraciət edərək tanışının ondan hədə-qorxu yolu ilə pul tələb etdiyi barədə məlumat verib. Polis əməkdaşları tərəfindən Xətai rayonunda keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı C.Mikayılov müəyyən olunaraq saxlanılıb.

"Yeni Sabah" xəbər verir ki, araşdırmalarla məlum olub ki, saxlanılan şəxs zərərçəkəni kəsici-deşici alətlə hədələyib və bu yolla ondan bir müddət əvvəl verdiyi 350 manatı tələb edib.

Nərimanov rayonunda isə zərərçəkənin yolun kənarında saxladığı qapısı açıq qalmış “SangYong” markalı avtomobildən 1500 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən, əvvəllər eyni əmələ görə məhkum olunmuş 20 yaşlı Ş.Mahmudov da polis əməkdaşları tərəfindən saxlanılıb. Sezar pizza

Faktlarla bağlı araşdırmalar aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!