36 talassemiya xəstəsinin pulunu “yemiş” qadınların məhkəməsi keçirildi

saytların hazırlanması

Evə çatdırılma

36 talassemiya xəstəsinin pulunu “yemiş” qadınların məhkəməsi keçirildi

Kriminal

24 İyul 2024 18:28 1328


Talassemiyalı uşaqlar üçün toplanmış 1 milyonluq vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən şirkət sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Yenisabah.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə Dövlət Əmək Müfəttişliyindən və Dövlət Vergi Xidmətindən məhkəmənin sorğularına gələn cavablar elan olunub.

Dövlət Vergi Xidmətinin cavab məktubunda Nuridə Seyidovanın rəhbərlik etdiyi şirkətlərdə kassa aparatlarının olmadığı bildirilib. Marqarita pizza

Hakim deyib ki, hesabda 100 minlərlə vəsait olub, lakin hesabatlarda 5-6 manat pul yazılıb.

Məhkəmə prosesində zərərçəkən Tural Nəsimiyev təqsirləndirilən şəxslər barəsində mülki iddia qaldırıb.

İddiada bildirilib ki, hər üç təqsirləndirilən şəxsdən ona dəymiş 42 min manat maddi, səkkiz min manat isə mənəvi ziyanı tələb edir.

Zərərçəkən Tural Nəsimiyevin sözlərinə görə, onu Nuridə ilə əlaqələndirən Aynur olub. Ona dəymiş ziyandan cəmi 10 min manat ödəniş olunub. Qalan məbləği də hər üç şəxsdən tələb edir.

Məhkəmənin növbəti iclası sentyabrın 11-nə təyin olunub.

Talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra faktla bağlı cinayət işi başlanılıb. İstintaqla müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib. Xanım müttəhimlərə qarşı Cinayət Məcəlləsinin 178.4-cü ( dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!