37 ailənin qazı, işığı niyə kəsilib? - Video

saytların hazırlanması

Evə çatdırılma

37 ailənin qazı, işığı niyə kəsilib? - Video

Sosial

03 Fevral 2025 18:18 360


Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ağasadıq Gəraybəyli küçəsi, 41 ünvanındakı yataqxana tipli binada qaz və işıq təchizatı dayandırılıb.

37 ailənin yaşadığı binanın sakinləri iddia edirlər ki, bu onları evlərindən çıxmağa məcbur etmək üçün atılmış addımdır.

Şikayətçilərin sözlərinə görə, sakinlərə binanın qaz və işıq təchizatının dayandırılma səbəbinin qəzalı vəziyyətlə əlaqədar olduğu deyilib. Sezar pizza

"İcra Hakimiyyətini üç dəfə məhkəməyə verdik, bir nümayəndəsi belə iştirak etmədi. Bizə verilən kompensasiya ilə razılaşmırıq. Hamımız evimizi tələb edirik. Bu vəziyyəti yaradırlar ki, öz xoşumuzla çıxıb gedək. Ölənə qədər bu binadan çıxmayacağam", - deyə sakinlər etirazlarını bildiriblər.

Daha ətraflı Baku TV-nin süjetində:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!