4 167 Vətən müharibəsi iştirakçısına əlillik verilib 

saytların hazırlanması

Evə çatdırılma

4 167 Vətən müharibəsi iştirakçısına əlillik verilib 

Sosial

27 Sentyabr 2024 14:51 305


Postmüharibə dövründə 4 167 Vətən müharibəsi iştirakçısına əlillik təyinatı aparılıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə APA-ya Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliliyin İctimaiyyətlə əlaqələr və daxili kommunikasiya şöbəsinin müdiri Tural Qurbanov məlumat verib. 

O, həmçinin bildirib ki, müharibə ilə əlaqədar əlilliyi olan 2 204 şəxs 60 min reabilitasiya vasitəsi, o cümlədən 488 şəxs 594 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub.  pizza

"Postmüharibə dövründə şəhid ailə üzvləri və müharibə iştirakçısı olan 11 min şəxsə 67 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib", - deyə Tural Qurbanov əlavə edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!