"May ayının 19-da Günəşli yatağında aşkar olunub, iyun ayında dənizdən çıxarılan iki cəsəddən birinin 2015-ci ildə SOCAR, 28 May adına NQÇİ-nin 10-cu platformasında baş verən yanğın nəticəsində həlak olan Elşad Rəsulova məxsus olduğu dəqiqləşib. Cəsəd sabah mərhumun ailəsinə təhvil veriləcək".
Yenisabah.az xəbər verir ki, bunu hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı sosial şəbəkə hesabında yazıb.
Qeyd edək ki, “Günəşli” yatağında yanğın 2015-ci il 4 dekabrda 10 saylı dərin dəniz özülündə baş verib. Hadisə nəticəsində 63 nəfər zərər çəkib. Onlardan 9 nəfər dünyasını dəyişib, 22 nəfər itkin düşüb. pizza
Telegram kanalımız