4 nəfərə hücum edən qartal öldürüldü - FOTO

saytların hazırlanması

Evə çatdırılma

4 nəfərə hücum edən qartal öldürüldü - FOTO

Maraqlı

10 Sentyabr 2024 17:09 1733


Norveçin mərkəzi və cənubunda son bir həftədə 4 nəfərə hücum edən qızıl qartal öldürülüb.

Yenisabah.az xəbər verir ki, qeyri-adi aqressiv davranış nümayiş etdirən qartalın son qurbanı 20 aylıq körpə olub.

Körpənin anası və qonşusu qartalı qovmağa cəhd göstərib. pizza hut

Hadisədən sonra aidiyyəti qurumlar əraziyə gəlib və nəsli kəsilməkdə olan qartalı öldürüb.

Yaralı körpənin atası hadisənin qəfildən baş verdiyini deyib:

"Qartalın haradan gəldiyini başa düşmədik. Uşağı qorumaq üçün uzun müddət mübarizə apardıq".

Baytarlar bu qartalların nadir hallarda bu cür aqressiv olduğunu deyib və əhalini diqqətli olmağa səsləyiblər.

Əsmətxanım Rzazadə 

 

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!