4 ölkəni və 95 şəhəri pulsuz gəzdi - 1 qəpik xərcləmədi

saytların hazırlanması

Evə çatdırılma

4 ölkəni və 95 şəhəri pulsuz gəzdi - 1 qəpik xərcləmədi

Maraqlı

05 Sentyabr 2020 13:25 1391


Avtostopla Türkiyə turuna çıxan Rabia Saçıkara bir çox şəhərləri pulsuz ziyarət edib.

Yenisabah.az xəbər verir ki, Sherg.az-ın yazdığına görə, 4 il bundan əvvəl Antalyada memarlıq peşəsini buraxaraq səyahət etmək qərarına gələn 25 yaşlı gənc qız indiyədək düz 4 ölkəni və  95 şəhəri pulsuz səyahət etdiyini deyib. O, bütün xəyallarını təxirə salaraq Türkiyənin bütün yerlərini gəzmək istədiyini və bu planının hər şeydən öndə olduğunu söyləyib: "Yaxşı reaksiyalar alıram.

Çünki insanların çoxunun etmək istədiyi, lakin edə bilmədiklərini edirəm. Sərbəst bir insanam və həyatı hiss etdiyim kimi yaşamaq istəyirəm. Buna görə işimi, bir çox istəklərimi  geridə qoydum və yola çıxdım. pizza sifarişi

Səyahət etdiyim yerlərdə maraqlı vəziyyətlərlə qarşılaşıram. Avtostopla mənə yol tamamilə pulsuz gəlir. Arada bir dağlara da çıxıram. Növbəti hədəfim Nemrut və Ağrı dağıdır. Əsas məqsədim isə dünya turuna çıxmaqdır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!