4 rayonda 700-ə yaxın şəxs işə götürüləcək

saytların hazırlanması

Evə çatdırılma

4 rayonda 700-ə yaxın şəxs işə götürüləcək

Avto

08 Aprel 2020 12:22 1243


Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə dəstək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi )AAYDA) Bakı-Quba-Rusiya ilə dövlət sərhədi yeni avtomobil yolu, həmçinin Samur-Şirvanovka-Xanoba avtomobil yolunun tikintisi işlərində çalışmaq üçün 700 nəfərə yaxın yerli əhalinin fəhlə ştatı üzrə işə qəbuluna başlayır.

Bu barədə Yenisabah.az-a qurumdan məlumat verilib.

Sözügedən avtomobil yollarında həyata keçirilən yenidənqurma və tikinti işlərinə yalnız yolların keçdiyi ərazilər üzrə - Siyəzən, Şabran, Xaçmaz və Qusar rayon Məşğulluq mərkəzlərində işsiz kimi qeydiyyatda olan vətəndaşlar cəlb olunacaqlar. Marqarita pizza

Vətəndaşlar Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun Zarat (Siyəzən) – Gəndob (Şabran) hissəsində, həmçinin Samur-Şirvanovka-Xanoba avtomobil yolunun tikinsinin aparıldığı ərazilərdə olan AAYDA-nin Məhdud Məsuliyyətli Cəmiyyətlərinin və subpodratçı təşkilatların nümayəndələrinə müraciət edə bilərlər.

Qeyd edək ki, işsiz vətəndaşlar daimi deyil, yalnız sözügedən yolların tikintisi dövrü üçün müqavilə əsasında yol tikintisi işlərinə cəlb ediləcəklər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!