41 yaşlı azərbaycanlı Türkiyədə içkidən zəhərlənib öldü

saytların hazırlanması

Evə çatdırılma

41 yaşlı azərbaycanlı Türkiyədə içkidən zəhərlənib öldü

Hadisə

18 Oktyabr 2019 08:27 915


Azərbaycan vətəndaşı Əbülfəz İsmayılov Türkiyənin Sakarya vilayətinin Sapanca rayonunda alkoqollu içki qəbul etdikdən sonra xəstəxanalıq olub.

“Yeni Sabah"ın “Haberler.com”a istinadən verdiyi xəbərə görə, hadisə oktyabrın 16-da baş verib.

41 yaşlı azərbaycanlı dostları ilə yeyib-içdikdən sonra vəziyyəti pisləşib.  Dördpendirli pizza

O, dərhal Sapanca Dövlət Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılıb və Ə.İsmayılova saxta içki satan Gürcüstan vətəndaşı saxlanılıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!