1582-ci ildə Türkiyənin Balat şəhərində III Muradın anası Nurbanu Sultanın sifarişi ilə tikilən hamam satışa çıxarılıb.
“Yeni Sabah” "Sputnik Türkiyə"yə istinadən xəbər verir ki, Memar Sinan tərəfindən tikilmiş 437 yaşlı “Ayakapı hamamı”nın 2.5 milyona satılması planlaşdırılır. Hamamın üzərində satış elanını görən vətəndaşlar isə tikilinin satılmamasını, yenidən bərpa olunmasını tələb ediblər.
Memar Sinanın bu günə qədər gəlib çıxmış nadir əsərlərindən biri olan "Ayakapı hamamı" 1947-ci ildən ağac anbarı kimi istifadə edilib. Hazırda isə binanın bir hissəsindən avtoservis kimi istifadə olunur. Marqarita pizza
Xarabaya çevrilmiş hamamdan fotoları təqdim edirik:




Sabrina Eldarqızı
Telegram kanalımız