“1200-dən çox dövlət əmlakı, o cümlədən torpaq sahələri və nəqliyyat vasitələri özəlləşdirilib”.
“Yeni Sabah” xəbər verir ki, bu sözləri Əmlak Məsələləri Dövlət Komitəsində keçirilmiş müşavirədə Komitə sədri Kərəm Həsənov deyib.
Onun sözlərinə görə, dövlət əmlakının idarə edilməsində beynəlxalq standartlara əsaslanan korporativ idarəetmə prinsiplərinin tətbiqi sahəsində keçən il Dünya Bankı ilə birlikdə 20 iri dövlət şirkətlərinə dair maliyyə, mühasibatlıq, kadr uçotu və daşınmaz əmlaka aid məlumatların elektron vahid bazası formalaşdırılıb: Dominos pizza
“Bu bazada iri dövlət şirkətləri tərəfindən onlayn rejimdə müvafiq məlumatları daxil etməyə imkan verən veb platforma yaradıldı. Ötən il 5000-dən çox dövlət müəssisə və təşkilatlarından illik xüsusi hesabatlar elektron qaydada yığılıb, sahələr üzrə təhlillər aparılıb. Həmçinin 2 minə yaxın monitorinq aktı təhlil edilib”.
O əlavə edib ki, indiyədək 30-a yaxın elektron hərrac keçirilib, 900-ə yaxın elektron sifariş qəbul edilib:
“Bu dövrdə Bakı şəhəri və respublikanın digər şəhər və rayonları üzrə ümumilikdə 209 hərrac keçirilib, 1200-dən çox dövlət əmlakı, o cümlədən torpaq sahələri və nəqliyyat vasitələri özəlləşdirilib. Bu sahədə yaradılan imkanlar nəticəsində 75 hərrac rəqabətli şəkildə baş tutub. 2018-ci il ərzində ümumilikdə özəlləşdirmədən 101,2 milyon manatdan çox vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin edilib. Ötən ildə 4 müəssisənin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi baş tutub. Həmin müəssisələrə 68 milyon manat investisiya qoyuluşu, 450-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Həmçinin 2018-ci ildə Əmlak Xidmətləri Məkanı istifadəyə verilib.
Sədr bildirib ki, yeniliklərdən biri də vətəndaşlara “Elektron çıxarış” verilməsidir:
“Artıq 8 mindən çox elektron çıxarış sahibi var. Eləcə də daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı çıxarışların 1 iş günü müddətində verilməsi imkanları yaradılıb.Çıxarışları vətəndaşlara ünvanlarında təqdim etmək üçün “Kütləvi çıxarış” kampaniyaları da keçirilir. Ötən il ərzində ölkə üzrə 220 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb. Göstərilənlər nəticəsində ölkəmiz «Doing Business 2019» hesabatında əmlakın qeydiyyatının sadəliyinə görə ötən illə müqayisədə daha 4 pillə irəliləyərək 190 ölkə arasında 17-ci yerdə qərarlaşıb”.
Telegram kanalımız