450 kvadratmetrlik evdə yanğın -   FHN hadisə yerində

saytların hazırlanması

Evə çatdırılma

450 kvadratmetrlik evdə yanğın - FHN hadisə yerində

Hadisə

15 Mart 2026 09:04 374


Zaqatalada fərdi yaşayış evində yanğın hadisəsi baş verib.

“Yeni Sabah” xəbər verir ki, hadisə rayonun Qımır kəndində, kənd sakini 1989-cu il təvəllüdlü Mazanov Xoşbəxt Etibar oğluna məxsus yaşayış evində qeydə alınıb.

Hadisə yerinə Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunublar. pizza hut

Yanğın zamanı ümumi sahəsi 450 kvadratmetr olan 2 mərtəbəli yaşayış evinin dam örtüyünün 225 kvadratmetr hissəsi yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!