Bu gün xalq artisti Aygün Kazımovanın doğum günündür. Sənətçi bu münasibətilə sosial media hesabında paylaşım edib.
“Yeni Sabah” xəbər verir ki, o, paylaşımında bu sözlərə yer verib:
“Həyat, keçdiyin hər dərsi öyrəndim. Bəzisindən əla qiymət aldım, bəzisindən sinifdə qaldım. Qəlbim qəlpələrlə dolu olanda belə üzüm güldü. Sevinclə döyünəndə onu sevdiklərimlə bölüşdüm. Keçdiyin dərslərindən nəticə çıxarmağı öyrəndim. Bu gün artıq çox hüzurluyam. Ən böyük güvən yerim, ən böyük ilham və ümid qaynaqlarımla birlikdə. Həyat, səni sevirəm”. pizza hut
Qeyd edək ki, Kazımova 26 yanvar 1971-ci ildə Bakı şəhəri Nizami rayonunda dünyaya gəlib. Ailənin dördüncü - sonuncu övladıdır. Xalq artistinin 48 yaşı tamam olur.
Telegram kanalımız