48 yaşlı qadın evində ölü tapıldı - 50 dəfə bıçaqlanıb

saytların hazırlanması

Evə çatdırılma

48 yaşlı qadın evində ölü tapıldı - 50 dəfə bıçaqlanıb

Hadisə

12 Sentyabr 2019 12:17 1646


48 yaşlı qadın naməlum şəxs tərəfindən 50 dəfə bıçaqlanıb.

“Yeni Sabah” Türkiyə mediasına istinadən bildirir ki, hadisə Bursa şəhərində baş verib.

İş yoldaşları bir neçə gün işə gəlməyən 48 yaşlı Tülin Beygircidən xəbər ala bilməyiblər. Onların zənglərinə də cavab verilmədiyi üçün T.Beygircinin evinə iş yerinin sürücüsü göndərilib. Sürücü qapını dəfələrlə döyməsinə baxmayaraq, qapı açılmayıb. Hadisə yerinə polis çağırılıb. Polislər qapını sındıraraq içəri daxil olduqda qadının cansız bədəni ilə qarşılaşıblar. Qadının bıçaqlanaraq öldürüldüyü məlum olub. Məlumata görə, naməlum şəxs onu 50 dəfə bıçaqlayıb. Sezar pizza

Faktla bağlı araşdırma aparılır.

Sabrina


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!