“5-10 manat maaş artırmaq islahat deyil” - Ekspert

saytların hazırlanması

Evə çatdırılma

“5-10 manat maaş artırmaq islahat deyil” - Ekspert

İqtisadiyyat

10 Mart 2019 19:18 1199


“Maaş, təqaüd, sosial yardım artımı, kredit borcları ilə məsələnin yarımçıq həlli islahat deyil, ola da bilməz. Bu rutin işdir, hökumətin özünün verdiyi 2 kəskin devalvasiya qərarının vətəndaşlara vurduğu ziyanın qismən geri qaytarılmasıdır. İslahat sözünü və qavramını 5-10 manat maaş artımına endirib ucuzlaşdırmayaq”. 

“Yeni Sabah” xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. O, sosial şəbəkə paylaşımında qeyd edib ki, siyasi dildə, geniş anlamda islahat idarəetmə formasının, üsulunun, fəlsəfəsinin dəyişməsi deməkdir.

İqtisadçı bu anlamları misallarla izah edib: “İdarəetmə formasının dəyişməsi - A ölkəsi prezident üsul-idarəsəndən Parlament Respublikasına keçir, keçid Ana Yasada təsbit olunur, idarəetmə forması dəyişdiyi üçün müvafiq qanunlar da dəyişdirilir, ya yeniləri qəbul olunur, yerliözünüidarə genişlənir, hökumət Parlamentin içindən çıxır, nazir siyasi vəzifə olur və s.”.  Dördpendirli pizza

İdarəetmə üsulunun dəyişməsinə gəldikdə isə N. Cəfərli bildirib ki, ölkə uzun illər böyük, şişmiş, mənasız, korrupsioner, monst dövlət-hökumət orqanları yaradır, ştatlar şişirdilir, şişdikcə çevikliyini itirir, insanlara xidmətdən ayrı düşür. Bu zaman ölkədə ixtisarlarlara start verilir, idarəetmənin üsulu dəyişdirilir, paralel strukturlar qurulur, vətəndaşa pulsuz xidmət etməli olan ənənəvi orqanlar, pullu xidmət göstərən yeni qurumlarla əvəz edilir - beləliklə də ölkənin hökumətinin illirdər bacarıqsız idarəçiliyinin bədəlini vətəndaş pullu xidmət almaqla ödəyir, amma bu daha çox ixtisardır, islahat olması üçün dəyişiklər qalıcı olub Ana Yasada öz əksini tapmalıdır. 

İdarəetmənin fəlsəfəsinin dəyişməsini isə ekspert daha ağrılı və uzun zaman alan proses kimi izah edib: “Bu yanaşmada tək hökumətlər deyil, toplumların düşüncə və davranış qaydaları da dəyişməlidir. Bunun üçün açıq ideoloji platformalar, ideoloqlar, keyfiyyətli təhsil vacib şərtdir. İdarəetmənin fəlsəfəsinin dəyişməsi daha qalıcı və dayanıqlı olur, sistemləşir - amma problem də odur ki, bunun üçün ilk addım kimi siyasi sistemin dəyişməsi lazımdır”.

N. Cəfərli bildirib ki, bu gün Azərbaycanda nələrsə dəyişir, amma bu islahatdırmı? “Təbii ki, yox, çünki idarəetmənin forması dəyişməyib - sərt vertikala söykənən Prezident Respublikasıdır. Baş verənlər imitasiyadırmı? Yox, imitasiya da deyil, çünki idarəetmənin üsulu dəyişir, oliqaxrlara söykənən loyallıq sistemindən texnokrat CEO-ları önə çəkən üsula keçid baş varir. Amma bu keçidin ən zəif nöqtəsi loyallığı puldan, maddi maraqlardan mənəvi-siyasi platformaya keçirən işlək hekayənin olmamağıdır. Yəni, yeni üsulun ideoloji və siyasi əsası, daha doğrusu inandırıcı əsaslandırılması, hekayəsi yoxdur. Yeni üsul ikinci hakim partiyanın yaranması, mədəni-siyasi-ideoloji hekayənin qurulması ilə paralel baş vermirsə, siyasi rəqabət platformalarının yaranması ilə müşahidə edilməsə, mütləq iflasa məhkum olacaq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!