“Uzun müddət Paşinyanın istefasını tələb edən Koçaryan-Sarkisyan cütülüyü heç nəyə nail olmadısa, 5-10 nəfər separatçının mitinqi Paşinyana nə təsir göstərəcək?!”
Bu sözləri Yenisabah.az-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı deyib.
AVP sədri bu gün Xankəndidə separatçı rejimin bir sıra “dövlət qurumları” ilə yanaşı Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı həyata keçirilən etiraz aksiyalarının pərdərarxası məqamlarına toxunub. Dördpendirli pizza
Milli Məclisin deputatı onu da deyib ki, əslində, Azərbaycanın bu gün aparmış olduğu ardıcıl, sistemli, qətiyyətli siyasət və sərgilədiyi mövqe Ermənistandakı revanşistlərlə yanaşı Xankəndi və onun ətrafındakı separatçıları ciddi şəkildə narahat etməkdədir:
“Xüsusi olaraq, Laçın şəhəri, eləcə də Zabux və Sus kəndlərində qəhrəman silahlı qüvvələrimiz yerləşdikdən, habelə orada Azərbaycanın üçrəngli bayrağı dalğalandıqdan və cənab Prezidentin bununla bağlı Azərbaycan xalqını təbrik etməsindən sonra onlarda təşviş və narahatlıq artmışdır. Çünki növbəti hədəfimizdə Xankəndi və onun ətrafındakı ərazilərdə erməni separatçılarının tör-töküntülərinin ölkədən qovulması məsələsi dayanır. Bunun qarşısını almaq üçün də onlar ciddi nəticələr verə bilməyən, o cümlədən proseslərə təsir etmək gücündə olmayan görüntülər yaradırlar”.
F. Ağamalı əlavə edib:
“Onlar Ermənistanda ayrı-ayrı dövlət qurumlarının qarşısında mitinqlər keçirirlər, Baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər. Eləcə də erməni faşizminin altında olan separatçılar ki, var, onlar da son günlərinin yaxınlaşdığını görərək narahatlıqlarının ifadəsi kimi bu səpkili addımlar atırlar.
Lakin onların atdığı addımların heç bir təsiri olmayacaq, Paşinyanın istefa tələbi yerinə yetirilməyəcək. Uzun müddət Paşinyanın istefasını tələb edən Koçaryan-Sarkisyan cütülüyü heç nəyə nail olmadısa, 5-10 nəfər separatçının mitinqi Paşinyana nə təsir göstərəcək?!”.
Müsahibimiz bəyan edib ki, separatçıların da bu cür cəhdləri aradan qaldıralacaq:
“Bu, ya ümumi-siyasi diplomatik yolla olacaq, ya da ki, əgər bundan nəticə çıxarmasalar, biz “Qisas” əməliyyatının ikinci pərdəsini həyata keçirəcəyik. Yəni bizim xüsusi təyinatlılarımızın bir neçə saatlıq əməliyyatı kifayət edəcək ki, onların başında duran və onları səhv yola sürükləyənlər həbs edilsin. Bununla da Azərbaycanın suverenliyi təmin olunacaq və buna da şübhə yoxdur.
Ona görə də bu gün Brüsseldəki görüşün də müsbət nəticələr ilə yekunlaşacağına inanıram. Cənab Prezidentin əldə etmiş olduğu bütün uğurlar bu görüşdən də bizim konkret nəticələrlə çıxmağımıza geniş imkanlar yaradacaq”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız