5 mart təxribatından 1 həftə öncə Xankəndi kilsəsinin divarına nə yazılıb?

saytların hazırlanması

Evə çatdırılma

5 mart təxribatından 1 həftə öncə Xankəndi kilsəsinin divarına nə yazılıb?

Siyasət

09 Mart 2023 18:53 6315


Martın 5-i - bazar günü Xəlfəli-Xankəndi yolundakı qanlı təxribatdan təxminən bir həftə əvvəl Qarabağın ermənilərin məskunlaşdırıldığı ərazisində gözlənilməz olay qeydə alınıb. 

Yenisabah.az xəbər verir ki, bu haqda "Hraparak" məlumat yayıb.

Deyilənə görə, fevralın sonunda kimsə gecə vaxtı Xankəndi kilsəsinin divarlarına yaşıl boya ilə hədə dolu sözlər yazıb. Səhər bunu aşkar edən separatçı məmurlar divarlardan yazıları tez bir zamanda təmizləmək  əmrini veriblər. pizza mizza

Hədələrin baş separatçı Arayik Arutyunyana ünvanlandığı iddia edilir. Məsələ burasındadır ki, Arayik özünün seçkiqabağı vədlərini məhz həmin kilsənin yaxınlığından səsləndirib və bir az sonra "prezident" "seçilib". Guya həmin notlarla Arutyunyana unudulmuş vədləri xatırladılıb./Moderator.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!