70-dən çox filmdə iştirak etdi, vidası məsciddə keçirildi -   Etiraz

saytların hazırlanması

Evə çatdırılma

70-dən çox filmdə iştirak etdi, vidası məsciddə keçirildi - Etiraz

Mədəniyyət

10 Oktyabr 2025 13:59 32255


Oktyabrın 9-da vəfat edən Xalq artisti Əminə Yusifqızı ilə vida mərasiminin hansısa mədəniyyət ocağında deyil, Təzə Pir məscidində keçirilməsi narazılıq yaradıb. 

“Yeni Sabah” xəbər verir ki, məsələ sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. 

İnsanlar 73 filmdə iştirak etmiş, vaxtı ilə Gənc Tamaşaçılar Teatrı, Milli Dram Teatrının aktrisası olmuş, Azərbaycan kinostudiyasında çalışmış, qiraətçi olmuş, eyni zamanda Xalq artisti adına layiq görülən Əminə Yusifqızının heç bir səhnədən və ya mədəniyyət evindən deyil, sadəcə məsciddən aparılıb dəfn olunmasını qınayıblar. Məsələyə münasibət bildirənlər Mədəniyyət Nazirliyini tənqid ediblər. Dördpendirli pizza

“Yeni Sabah” Xalq artisti ilə vida mərasimin hansısa mədəniyyət ocağında keçirilməməsinin səbəbini öyrənmək üçün Mədəniyyət Nazirliyinə sorğu verib. 

Qeyd edək ki, Ə.Yusifqızı ilə vida mərasimdə mədəniyyət nazirinin müavini Murad Hüseynov, digər rəsmi şəxslər, mədəniyyət və incəsənət xadimləri, mərhumun yaxınları iştirak ediblər.

Mərhum Yasamal rayonu ərazisində yerləşən “Qurd qapısı” qəbristanlığında dəfn olunacaq.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Mamed
    Mən anlamadım, biz müsəlmanıq yoxsa xristian? Vida evdə olur, ordanda aparılır basdırılır, ona mərasim nəyə lazımdı?
    7 months ago
  • Valeh
    Burada əcayib nə var ki həmən etiraz edirsiz mərhumənin məsciddən aparıblar Cox yaxşı o yeni dünyaya qovuşub Allah evindən son mənzilə yola salınıb Cox yaxşı və daha Cox savab və dərəcəsi daha yüksəkdir .sovyet dövründə ateizm idi ona görə mədəniyyət evindən aparırdılar Allah rəhmət eləsin .etiraz edənlər qlobal məsələlərə etiraz etsinlər Cox nadir aktrisa idi
    7 months ago