51 yaşlı qadın itkin düşüb - 7 aydır axtarırlar

saytların hazırlanması

Evə çatdırılma

51 yaşlı qadın itkin düşüb - 7 aydır axtarırlar

Rəsmi

11 Mart 2019 20:07 856


Qusarda 7 ay əvvəl itkin düşən 51 yaşlı qadın axtarılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan "Yeni Sabah"a verilən məlumata görə, Qusar rayonunun Lanqu qəsəbə sakini, 51 yaşlı Lalə Bəşirova 2018-ci ilin avqust ayının 12-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Lalə Bəşirova əlamətləri belədir: Boyu 160 sm., uzunsov sifətli, şabalıdı qısa saçlı, gözlərinin rəngi şabalıdı, arıq bədən quruluşludur. pizza mizza

L.Bəşirova ruhi xəstəlikdən əziyyət çəkir.

Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Qusar Rayon Polis Şöbəsinə 023-385-22-22 şəhər və (055)265-55-51; (070)766-00-03 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!