550 kiloqram zərərli toxum yandırıldı

saytların hazırlanması

Evə çatdırılma

550 kiloqram zərərli toxum yandırıldı

İqtisadiyyat

28 Fevral 2019 01:40 1235


Xarici ölkədən Azərbaycana gətirilən yonca toxumlarının içərisində qarantin alaq otlarının toxumları aşkar edilib.

“Yeni Sabah” xəbər verir ki, İmişli rayonundan olan sahibkarlar  Qırğızıstan respublikasından yonca toxumu  alaraq  ölkə ərazisinə gətirib. Dövlət Gömrük Komitəsində Qida Təhlükəsizliyi Agnetliyinin əməkdaşları tərəfindən toxumlardan nümunə götürülüb. Toxumlar  şübhə doğurduğu üçün sahibkarlara  toxum satışının dayandırlması barədə bildiriş  verilib. Həmin toxumlardan götürülən nümunələr isə  yoxlanmaq  üçün Qida Təhlükəsizlik Agentliyi İnstitunun 2 saylı  sınaq laboratoriyasına göndərilib.

Yoxlama  zamanı qarantin alaq otları hesab edilən  sarı sarmaşıq  və sürünən kəklə toxumları aşkar edilib. Uzun illədir toxum alış-satışı ilə məşğul olan sahibkarlar ilk dəfədir  belə hala  rastlaşdığını bildirirlər. Təmiz toxumların satışını həyata keçirmək  üçün sektor əməkdaşları ilə birlikdə toxumların  təmizlənməsi prossesinə start  verilib. Toyuqlu pizza

550 kq zərərli sayılan  toxumlar  yanıdırlaraq  məhv edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!