57 nəfərə qarşı dələduzluq etdi  - “FaceApp“ vasitəsilə

saytların hazırlanması

Evə çatdırılma

57 nəfərə qarşı dələduzluq etdi - “FaceApp“ vasitəsilə

Rəqəmsal

25 İyul 2019 10:29 1389


Uğur E. adlı şəxs dələduzluq etmək üçün "FaceApp" proqramından yararlanıb.

“Yeni sabah” Türkiyə mediasına əsasən bildirir ki, dələduzla bağlı Ankara polisinə 57 müxtəlif şəxsdən şikayət daxil olub.

Polisin araşdırmaları nəticəsində məlum olub ki, Uğur E. “Facebook” və “Instagram” sosial şəbəkələrində müxtəlif məhsullar üçün saxta satış elanları yerləşdirib. O, "FaceApp" proqramı vasitəsilə özünü qocaldaraq alıcıları aldadıb. Dələduz bu məqsədlə qardaşının şəxsi məlumatlarından da istifadə edib. pizza sifarişi

Polis tərəfindən saxlanılan Uğur E. "heç kimin pulunu zorla almamışam. Onlar inanıb, mənim günahım deyil", deyərək özünü müdafiə etməyə çalışıb. 

Faktla bağlı cinayət işi başladılıb. 

Sabrina


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!