“6 il oxumadım, məni zəhərləmişdilər“ - Mətanət

“6 il oxumadım, məni zəhərləmişdilər“ - Mətanət

Şou Veb saytların hazırlanması

26 May 2023 10:55 783


“6 il mahnı oxumadım. Zəhər qatdılar… Məcburən məni bir evə qonaq çağırdılar. Getmirdim, amma məcbur getdim və başıma belə hadisə gəldi”.

Yenisabah.az Olay-a istinadla xəbər verir ki, bu sözləri müğənni Mətanət Əsədova “Həyat tərzi” verilişində qonaq olarkən deyib.

İfaçı bildirib ki, onu həmkarı evində zəhərləyib və nəticədə səsi batıb:

“Hər şeyi qələmlə yazırdım. Hər gecə səhərə kimi 10-15 geyim dəyişirdim, tərləyirdim. Suyun içində olurdum. Sonra bu hal pis nəticə verdi. Gecə və gündüz ağlayıb, Allaha yalvarırdım ki, nəyimi əlimdən alırsansa al, amma səsimi mənə qaytar. Müğənni olub, səhnədən düşməyim yox. Mənim başqa yolum yoxdur. Əlimi açıb dilənəcəyəm. Sonradan səsim yavaş-yavaş açıldı və toylara getdim.

Həkimlər dedilər ki, “oxumusan, səsin batıb”. Sonradan bildim ki, məni zəhərləyiblər. Birinci anam hadisəni yuxuda görmüşdü. Sonra söhbət açıldı, həmin qadın müğənninin ağzından çıxdı. Dedim ki, Allah sənə lənət eləsin. Allah onu elə cəzalandırdı ki, hamı gördü. Bir Mətanətdir, nə istəyirsiniz məndən? Mətanət hər tərəfli sizinlə artıq yaşamır. Hər şey sizdə var, məndən nə istəyirsiniz?”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!