6 mindən çox “Audi“ avtomobili geri çağırıldı

saytların hazırlanması

Evə çatdırılma

6 mindən çox “Audi“ avtomobili geri çağırıldı

Avto

03 Sentyabr 2019 21:43 1381


“Volkswagen Group” şirkəti Rusiyada 6 mindən çox “Audi” markalı avtomobili geri çağırıb.

“Yeni Sabah” Rusiya KİV-nə istinadən xəbər verir ki, qərar bir neçə qüsurun qeydə alınması ilə əlaqədardır.

Belə ki, 6679 avtomobil qanad altlığının fiksatorunda qeydə alınan qüsurlarla əlaqədar, daha 3 avtomobil ön panellərin dəyişdirilməsi məqsədilə geri çağırılıb. Marqarita pizza

Qeyd edək ki, geri çağırılma 2017-2019-cu illər arasında Rusiyada satılmış A5 modellərinə şamil olunur.

Xatırladaq ki, bu avtomobillərdə təmir işləri ödənişsiz əsasda həyata keçiriləcək.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!