6 saatda 40 milyona yaxın izlənmə   - Video

saytların hazırlanması

Evə çatdırılma

6 saatda 40 milyona yaxın izlənmə - Video

Rəqəmsal

05 Dekabr 2023 13:14 6360


Dünyanın ən məşhur oyun korporasiyalarından biri olan “Rockstar” ötən gün “Grand Theft Auto VI” (GTA) oyununun rəsmi treylerini yayımlayıb. 

Yenisabah.az xəbər verir ki, “YouTube” platformasında yayımlanan dəqiqə yarımlıq video son 6 saatda 40 milyona yaxın izlənilib. 

Qeyd edək ki, “Rockstar” 3 ilə yaxındır ki, açıq dünya janrında olan GTA VI-nın təkmilləşdirilməsi üzərində çalışır.  Dördpendirli pizza

Bildirilib ki, oyun 2025-ci ildə buraxılacaq. Videoda, eyni zamanda oyunun Florida ştatının Mayami şəhərinə bənzəyən şəhəri (Vays Siti) və iki əsas personaj göstərilib.

Xatırladaq ki, GTA seriyasının beşinci hissəsi 10 il əvvəl buraxılıb və dünyada ən çox satılan ikinci video oyunudur (185 milyon nüsxədən çox).

Rafi MÜSLÜMOV

Həmin görüntüləri təqdim edirik: 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!