6 yaşlı uşağın qızılcadan ölümünə səbəb həkim səhlənkarlığı olub - İddia

saytların hazırlanması

Evə çatdırılma

6 yaşlı uşağın qızılcadan ölümünə səbəb həkim səhlənkarlığı olub - İddia

Sosial

09 Fevral 2024 08:44 441


Astarada 6 yaşlı uşaq qızılcadan ölüb.

Rayonun Maşxan kənd sakini 6 yaşlı Yusif Əliyevin yaxınları bildirib ki, uşaqda 4 gün imiş ki, hərarət olub.

Onlar azyaşlının ölümündə həkimləri günahlandırır. Dördpendirli pizza

Astara rayon Mərkəzi xəstəxanasının direktoru Oktay Əmənullayev "Xəzər Xəbər"ə bildirib ki, xəstə 5 Fevral tarixində valideynləri tərəfindən xəstəxanaya gətirilib. Həkimlər tərəfindən xəstə müayinə olunub və ona qızılca diaqnozu qoyulub. Vəziyyəti ağır olmadığına görə, ambulator müalicəyə göndərilib. Valideynləri sonradan yenidən müraciət edib.

O, da qeyd edilib ki, bu gün səhər saatlarında ailə üzvləri tərəfindən təcili yardıma çağırış olunub. Təcili yardım onların evinə gedərkən, yolda həmən xəstənin gətirilməsini görüblər və maşında təcili yardım həkimləri xəstəni müayinə ediblər. Onun həkimə qədərki ölüm faktı qeydə alınıb.

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!