7 yaşlı uşaq bıçaqlandı, vəziyyəti ağırdır -   BİR DAHA YENİLƏNDİ

saytların hazırlanması

Evə çatdırılma

7 yaşlı uşaq bıçaqlandı, vəziyyəti ağırdır - BİR DAHA YENİLƏNDİ

Kriminal

05 Fevral 2026 13:09 558


Ağcabədidə 7 yaşlı uşağın bıçaqlanması ilə bağlı bəzi təfərrüatlar məlum olub.

"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, azyaşlının atası Rəşad Bəşirov hadisənin evinin yaxınlığında baş verdiyi bildirib.

“Hadisənin hansı səbəbdən baş verdiyini bilmirəm. Uşaq mənə dedi ki, evin yanında oynayırmış, çağırıblar, aparıb bu hala salıblar. Uşağa 19 bıçaq xəsarəti yetirilib. Həkimlər sağ olsun, əllərindən gələn hər şeyi etdilər”, - o deyib. Marqarita pizza

Rəşad Bəşirov qeyd edib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxsin dayısı ilə dostdurlar.

***

Ağcabədidə bıçaqlanan 6 yaşlı uşağın son durumu açıqlanıb.

Bu barədə “Yeni Sabah”a Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının məlumat verilib. 

Bildirilib ki, fevralın 4-də saat 18:00 radələrində 2019-cu il təvəllüdlü azyaşlı (kişi) bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş, deşilmiş yarası diaqnozu ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospilitasiya olunub.

Pasiyent dərhal əməliyyat blokunda alınıb. Əməliyyat icra edildikdən sonra pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. 

Hazırda vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

***

12:48

Ağcabədi rayonunda 7 yaşlı uşaq bıçaqlanıb.

"Yeni Sabah" xəbər verir ki, S.B. bıçaq xəsarəti ilə Ağcabədi rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!