60 manat və 2 bal... - DYP-dən XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

60 manat və 2 bal... - DYP-dən XƏBƏRDARLIQ

Avto

08 Aprel 2025 10:24 40154


Bakı Şəhər DYP İdarəsi tərəfindən piyadaların iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması və qəzaların sayının minimuma endirilməsi istiqamətində mütəmadi olaraq nəzarət-profilaktiki tədbirlər həyata keçirilir. Piyada qəzalarının baş verməsinə səbəb olan amillərdən biri də nəqliyyat vasitələrinin səkilərdə park edilməsidir.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Bakı Şəhər DYP İdarəsinin sürücülərə müraciətində qeyd olunub.

"Belə ki, apardığımız müşahidələr deməyə əsas verir ki, dəfələrlə edilən xəbərdarlıqlara və həyata keçirilən inzibati tənbeh tədbirlərinə baxmayaraq bəzi sürücülər yenə də nəqliyyat vasitələrini piyadaların rahat və təhlükəsiz hərəkəti üçün nəzərdə tutulan səkilərdə park edirlər. Nəzərə almaq lazımdır ki, belə olduğu təqdirdə piyadalar avtomobil yolunda hərəkət etmək məcburiyyətində qalırlar və bu da öz növbəsində piyadaların iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinə real zəmin yaradır. pizza mizza

Mövcud qanunvericiliyin tələbinə əsasən səkilərdə nəqliyyat vasitələrinin dayanması və durması qadağandır və qayda pozuntusu aşkar edildiyi halda sürücü barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsinə əsasən 2 cərimə balı və 60 manat məbləğində cərimə tətbiq ediləcəkdir.

Odur ki, sürücülərdən dayanma və durma qaydalarına ciddi şəkildə riayət etmələrini və yol hərəkətinin ən müdafiəsiz iştirakçıları olan piyadalara maneə yaratmamalarını xahiş edirik", - deyə müraciətdə bildirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Elcin
    Ne piyada sekisidi ne de masin yolu.yasadigim binanin qarsusinda subh tezden gelib 60 azn 2bal yazib gedibler....piyada sekisi deyilen yeri nece teyun edirler ..
    1 year ago
  • Rashad
    Salam. Bu qanun nezaman quvveye minecek??? Piyadanin ishtiraki ile sebeb olan yol neqliyyat hadiseleri???
    1 year ago
  • Suleyman
    Demeli ki əksər piyadalrda yol medenyeti deye birşey yoxdur yolu nece keçmek lazimdir hardan keçmek lazimdir qanmirlar bu qərar sadece cerme yazmaqdan ötrü çixarilmiş qərardir
    1 year ago