60 milyonluq iddia ilə bağlı Bakıdan bəyanat

saytların hazırlanması

Evə çatdırılma

60 milyonluq iddia ilə bağlı Bakıdan bəyanat

Avto

01 Fevral 2019 03:46 1293


Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bəyanat yayıb. 

Bəyanatda Rusiyanın “Kommersant” qəzetinə istinadən yayılan xəbərlərin qeyri-rəsmi və əsassız məlumatlar olduğu bildirilib. 

"Formula-1" Azərbaycan Qran Prisinin keçirilməsi ilə bağlı müqavilənin şərtləri tam məxfi saxlanılır və heç bir formada ictimaiyyətə rəsmi şəkildə açıqlanmır. "Formula-1" yarışlarının təşkilatçısı “Formula 1 Management” şirkəti ilə Azərbaycanda "Formula-1" yarışının promouter şirkəti Bakı Şəhər Halqası arasında bağlanmış müqavilə üzrə heç bir fikir ayrılığı yoxdur və Azərbaycan Qran Prisinin keçirilməsi ilə bağlı bütün məsələlər fikir mübadiləsi əsasında və konstruktiv yolla həll edilir", - deyə bəyanatda qeyd olunub. Marqarita pizza

Report.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!