61 yaşlı kişi çaydanla öldürüldü –   Bakıda dəhşət

saytların hazırlanması

Evə çatdırılma

61 yaşlı kişi çaydanla öldürüldü – Bakıda dəhşət

Hadisə

18 Oktyabr 2019 07:42 1375


Bakıda çay evində qətl hadisəsi baş verib.

“Yeni Sabah” “Report”a istinadən xəbər verir ki, hadisə ötən gün saat 20 radələrində paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb.

Belə ki, rayonun Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsində yerləşən "Vimay" klinikasının qarşısındakı ikimərtəbəli çay evinin ikinci mərtəbəsində 1997-ci təvəllüdlü Cövdət Abbasovla 1958-ci il təvəllüdlü Sabir Ələkbərov arasında mübahisə yaranıb. Mübahisə zəminində C.Abbasov S.Ələkbərovun baş nahiyəsinə çaydanla bir neçə zərbə endirib. Marqarita pizza

S.Ələkbərov aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb. C.Abbasov şübhəli şəxs qismində saxlanılıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!