65 yaşı tamam olan vətəndaş niyə pensiyaya çıxa bilmir? - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

65 yaşı tamam olan vətəndaş niyə pensiyaya çıxa bilmir? - VİDEO

Sosial

25 İyul 2026 16:14 660


Zərdabın Dəkkəoba kənd sakini Mirnazim Məmmədov 65 yaşını tamamlamasına baxmayaraq, pensiya hüququndan istifadə edə bilmir.

“Yeni Sabah” Xəzər TV-yə istinadla xəbər verir ki, bu iddia ilə Mirnazim Məmmədov çıxış edib.

Onun sözlərinə görə, bu il martın 7-də pensiyaya çıxmaq üçün müvafiq sənədlərini təqdim edib. İlkin olaraq ona bir neçə gün ərzində pensiya kartını bankdan götürə biləcəyi deyilsə də, sonradan adına aktiv əmək münasibətlərinin olduğu məlum olub. pizza hut

Vətəndaş iddia edir ki, 2020-ci ildə Bakıda işlədiyi dövrdə ona müxtəlif iş vədləri verilərək sənədləri ilə bəzi rəsmiləşdirmələr aparılıb.

Mirnazim Məmmədov məsələnin həll olunduğunu düşünsə də, pensiya üçün müraciət edərkən problemlə üzləşib. Hazırda elektron sistemdə onun adına iki əmək münasibətinin qaldığı bildirilir. Onlardan birində 250, digərində isə 270 manat əməkhaqqı göstərildiyindən sosial müavinətin təyin edilməsinin mümkün olmadığı bildirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, Mirnazim Məmmədovun minimum 25 il sığorta stajı və ya 2006-cı ildən sonra formalaşmış pensiya kapitalı olmadığından onun yaşa görə əmək pensiyası hüququ yaranmır. Lakin vətəndaşın hazırda aktiv əmək müqaviləsi olduğu üçün ona yaşa görə müavinətin proaktiv qaydada təyin edilməsi də mümkün deyil. Mövcud qanunvericiliyə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və o, işləmədikdə yaranır.

Hüquqşünaslar bildirirlər ki, hüquqi şəxslə işə götürən arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi mümkündür. Müqaviləyə ya işəgötrən xitam verə bilər, ya da məhkəm qaydasında həll edilməlidir.

Dövlət Vergi Xidmətinin Media və kommunikasiya idarəsindən isə qeyd edilib ki, vətəndaşlar digər şəxslərlə münasibətlərdə müxtəlif vədlərə inanmamalı, məzmununu anlamadıqları sənədlərə imza atmamalı, onlara məxsus elektron imzanı başqa şəxslərə etibar etməməlidirlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!