66 yaşlı dalğıcın maraqlı hekayəsi - Video

saytların hazırlanması

Evə çatdırılma

66 yaşlı dalğıcın maraqlı hekayəsi - Video

Sosial

08 Yanvar 2025 00:07 648


66 yaşlı dalğıc Rasim Mustafayev Baku TV-yə maraqlı həyat hekayəsini danışıb.

O, 38 illik fəaliyyəti dövrünün iki ilini matros-xilasedici, qalan illərini isə dalğıc vəzifəsində işləyib.

18 yaşından xilasetmə işlərində iştirak edən R.Mustafayev bu illər ərzində xeyli köməyə ehtiyacı olan insanı xilas edib. pizza hut

Onun sözlərinə görə, bir dalğıc üçün həyatını qurtardığı insanın xırıltı səsini eşitmək ən sevindirici anlardandır.

"Bir dəfə gördüm ki, boğulan adamı sudan çıxarıb kənara çəkiblər. Rəngi qapqara olmuşdu. Hamı dedi ki, ölüb. Neçə dəqiqə əvvəl çıxardıqlarını soruşdum. Dedilər ki, suyun altında 5 dəqiqə qalıb. İlk yardım göstərib, qarnındakı suyu çıxartdım, daha sonra masaj etməyə başladım. Xırıltı səsi gələndə sevindim ki, yaşayacaq", - deyə o söyləyib.

Qeyd edək ki, Rasim Mustafayev "Axınla aşağı" filmində də dalğıc rolunu oynayıb.

Daha ətraflı Baku TV-nin süjetində:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!