“666 rəqəmi insan həyatına təsir edə bilməz” - Hacı Qamət

saytların hazırlanması

Evə çatdırılma

“666 rəqəmi insan həyatına təsir edə bilməz” - Hacı Qamət

Din

15 Sentyabr 2022 10:06 8042


“12, 10,  4,  və ya  13-ün nəhs olduğu, 666 rəqəminin də şeytan rəqəmi olduğu deyilir. İslam dinində belə bir şeylər yoxdur.  Hər şey Allahın qəzavü-qədəriylə baş verir”.

Bu sözləri Yenisabah.az-a Cümə məscidinin imamı (Əbu-Bəkr) Hacı Qamət Süleymanov deyib:

“İslam dinində  rəqəmlərin insan həyatına təsiri barədə  heç bir nüans yoxdur. Müəyyən yerlərdə və zikrlərin edilməsində rəqəmlər var.  Pepperoni pizza

Məsələn, cənnətdə hər kəsin 33 yaşda olduğu bildirilir. Cənnətdə olan meyvələrin adları bu dünyada olan meyvələrin adları ilə bir ola bilər. Amma necə və nə cürlüyü,  keyfiyyəti və s. tamamilə fərqlidir.  

33 yaş da təxminən deyilib.  Bu dünyada 33 yaş da  insanın daha  gümrah vaxtları olur. Ona görə misal kimi  deyilib. Yəni, cənnətdə  hər kəs elə bir gümrah vəziyyətdə olacaq.  

Başqa sözlə, nə zəif  nə də qoca olacaqları baxımından deyilib. 12, 10, 4  və ya  13-ün nəhs olduğu, 666 rəqəminin şeytan rəqəmi olduğu deyilir. İslam dinində belə bir şeylər yoxdur.  Hər şey Allahın qəzavü-qədəriylə baş verir”.

Qamət Süleymanov hər hansı zikrlərin də artıq və əskik edilməsinin də insanın həyatına təsirindən danışıb:

“Hər hansı zikrin edilməsi şəriətdə 110 dəfə deyilibsə, onu 101 dəfə etməyin insanı bəlaya düçar etməsi də islam dinində yoxdur. Əsas şəriətdə yüz  dəfə gəlibsə, yüz dəfə də eləmək lazımdır. 

Şafilərdə bunun deyilməsi hər hansı təriqətlərdə, məsələn, sufilərdə ola bilər. Peyğəmbər (s.ə.v) 100-dən çox zikr deməyib. Amma kimsə istəsə, yüzdən artıq zikr edə bilər.  Problem şəriətin dediyi qaydadan çıxanda olur. Misal, zikr 100 yox, ümumiyyətlə, qaydadan çıxaraq, yəni 102 dəfə edilir. Yəni, 102 və ya artığı qayda halına gətirilir. 

Peyğəmbər (s. ə.v) 100 dəfə deyib axı.  İnsan 100 dəfə etdikdən sonra nə qədər istəsə, zikr edə bilər. Bunda heç bir problem yoxdur. Amma  gündə 1001 dənə etmək bu, artıq, problemdir. Burdakı problem dedikdə, bidətə düşməyi nəzərdə tuturam. Bidət isə yenilikdir. Yəni, kimsə özünü şəriətdən ağıllı hesab edir. 

Bizə peyğəmbər hər şeyi çatdırdığını bildirib.  Bu barədə ayə də nazil olub “al yavmə ekmeltuləkum  dinikum” –“Bu gün sənin dinini tamamladım”-  “Maidə” surəsi 3-cü ayədir.  Bunlar gələndə bunlar elə təqdim edirlər ki, sanki, din kamil deyil.  Kim ki, daima 100 dənə zikr etsə, kimlərinsə yeni qayda gətirmələri   orda elə xeyirli şeylər əməllər olan məsələni  peyğəmbərin (s.ə.v) bizə deməyib.  

Necə ki, bu, “Lə ilahə İllallah”a qarşı şirkdir, eləcə də, “Muhəmmədən Rəsullalaha” qarşı da bidət, xürafatdır. Bu, olmaz. Şəriətin dediyi ilə  kifayətlənmək lazımdır.  Əlavələrə ehtiyac yoxdur.  

Şəriətin də  hər hansı məsələdə  məhz 100 rəqəmini  deməyi o rəqəmdə nəsə olduğu anlamına gəlmir. Sadəcə olaraq, bu,  elə bir rəqəmdir ki, insanlara əziyyət olmasın. Əgər, bu da kimlərəsə əziyyət gəlirsə, bilsin ki, bu zikrlərin edilməsi fərz deyil. Yəni, deyilməsə, günah qazandırmır. Şəriətin bizə taqətimizdən artıq nəsə demədiyini nəzərə almaq lazımdır”.  

İmamət İSMAYILOVA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!