Daşkənddə şəhər məhkəməsi Hindistandan ölkəyə gətirilən anti-ARVI dərmanının qəbulu nəticəsində 68 uşağın ölümü ilə bağlı cinayət işinə baxıb.
Yenisabah.az xəbər verir ki, məhkəmə 23 müttəhimin hamısını təqsirli bilib və onları 20 ilə qədər həbs cəzasına məhkum edib.
Məhkumlardan biri Özbəkistana şərbət idxal edən Hindistanın “Quramax Medical” şirkətinin direktoru Raqvendradır. pizza sifarişi
Respublikanın Əczaçılıq Sənayesinin İnkişafı Agentliyinin keçmiş rəhbəri Sardor Kariyev 18 il , iki müavini isə 16 il həbs cəzasına məhkum edilib.
2022-ci ilin dekabrında Özbəkistan Səhiyyə Nazirliyi Hindistan şirkətindən tərkibində zəhərli maddə - etilen qlikol olan Doc-1 Max ARVI şərbətini qəbul etdikdən sonra uşaqların öldüyü barədə məlumat verib. Əvvəlcə Özbəkistanda 18 uşağın öldüyü bildirilirdi, sonra isə qurbanların sayı 70-ə yaxın artıb.
Uşaqların ölümü ilə bağlı məhkəmə prosesi 2023-cü ilin avqustunda başlayıb.
Telegram kanalımız