Gənc müğənni Mayli Sayrus bundan 7 ay öncə ailə qurduğu yaraşıqlı aktyor Liam Hemsvortdan boşanır.
“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, cəmi 7 ay davam edən evliliyin ardınca cütlük ayrı yaşamaq istədiklərinə qərar verib.
Aktyor L.Hemsvort boşanma ərizəsini artıq yazıb. pizza mizza
Cütlüyün belə qısa müddətdə ayrılıq qərarı alması xəyanət və narkotik iddialarını gündəmə gətirib.
M.Sayrus ötən həftə aktyorla münasibətini davam etdirə bilmədiyini, onun spirtli içki və narkotik vasitələrə aludə olduğunu bildirmişdi. Aktyor isə öz növbəsində həyat yoldaşının ona qarşı sədaqətsiz davrandığını deyib.
Son olaraq M.Sayrus öz "Twitter" hesabında həyat yoldaşına xəyanət etmədiyini yazıb.
Əsmətxanım
Telegram kanalımız