7 boksçumuz finalda

saytların hazırlanması

Evə çatdırılma

7 boksçumuz finalda

İdman

01 Aprel 2019 16:09 1044


Boks üzrə “Böyük İpək Yolu” beynəlxalq turnirində 1/2 final mərhələsinin görüşləri başa çatıb.

“Yeni Sabah” xəbər verir ki, Bakı Boks Mərkəzində təşkil olunan ənənəvi yarışın beşinci günündə finalçıların adlarına aydınlıq gəlib. Baş tutan 20 qarşılaşmada Azərbaycan millisinin 15 boksçusu qüvvəsini sınayıb. Onlardan 7-si həlledici döyüşdə iştirak hüququ qazanıb. 8 boksçumuz isə bürünc medalla kifayətlənib. Final mərhələsinin görüşləri bu gün olacaq. 

Qeyd edək ki, turnirdə Azərbaycan boksçuları ilə yanaşı, Rusiya, Qazaxıstan, Özbəkistan, Mərakeş, İraq, Türkiyə, Türkmənistan və Gürcüstan komandaları iştirak edirlər.  Pepperoni pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!