7 gün kivi yeyin və möcüzəyə şahid olun –   Maraqlı fakt

saytların hazırlanması

Evə çatdırılma

7 gün kivi yeyin və möcüzəyə şahid olun – Maraqlı fakt

Sağlamlıq

11 Dekabr 2024 17:49 3298


Kivi insan sağlamlığı üçün çox faydalı olan qidalar siyahısına daxildir. Tərkibində olan vitaminlər, minerallar, antioksidantlar və liflər bədənə bir çox müsbət təsir göstərə bilər.

Yenisabah.az kivinin bədənə təsir etdiyi əsas məqamları araşdırıb:

 İmmunitetin güclənməsi pizza mizza

Kivi C vitamini ilə zəngindir. C vitamini immunitet sistemini gücləndirir, orqanizmi infeksiyalardan qoruyur. Gündə 1-2 ədəd kivi yemək, təxminən bir həftə ərzində immun sistemin daha yaxşı işləməsinə kömək edə bilər.

 Həzm sisteminin yaxşılaşdırılması

Kivi tərkibində olan liflər və aktinidin adlı ferment həzm prosesini yaxşılaşdırır. Kivi bağırsaqların fəaliyyətini tənzimləyir və qəbizliyin qarşısını alır. Bu təsir 2-3 gün ərzində hiss edilə bilər.

 Dəri sağlamlığı

Antioksidantlar və C vitamini dərinin yenilənməsini və sağlam görünməsini təmin edir. Dərinin parlaqlaşması üçün kivini bir neçə həftə müntəzəm istifadə etmək lazımdır.

Ürək-damar sağlamlığı

Kivi qan təzyiqini tənzimləyə və pis xolesterinin səviyyəsini azalda bilər. Müntəzəm istifadəsi ilə (gündə 2-3 həftə) ürək-damar sistemi üzərində təsir göstərməyə başlayır.

 Stress və yuxu keyfiyyəti

Tərkibində olan serotonin hormonu stressi azaldır və yuxu keyfiyyətini artırır. Axşam yeməkdən sonra 1 kivi yemək, bir neçə gün ərzində daha rahat yuxuya getməyinizə kömək edə bilər.

Kivinin təsirləri, qidalanma vərdişlərinizə və bədəninizin vəziyyətinə görə dəyişə bilər. Onun təsirini hiss etmək üçün ən azı 3-7 gün müntəzəm olaraq istifadə etməyiniz məsləhətdir. Orqanizmdə uzunmüddətli dəyişikliklər üçün isə kivini daimi sağlam qidalanma rejiminə daxil etmək lazımdır.

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • cahid
    Bu məqaləni nahaq yazdız. Kivinin qiymətini birazda qaldıracaqlar.
    1 year ago