Xəbər verdiyimiz kimi, Azərbaycanda soğanın qiyməti kəskin artıb.
“Yeni Sabah” bildirir ki, hazırda satış mərkəzlərində soğanın qiyməti 1 manat 50 qəpikdən bahadır. Hələlik rəsmi olaraq bu artımın səbəblərin ilə bağlı heç bir açıqlama yoxdur. Ekspertlər bu məhsulun Türkiyəyə ixracından sonra ölkədə soğan qıtlığının yaranması ilə əlaqələndirirlər. Kənd Təsərrüfatı Nazirliyi isə bunu süni qiymət artımı ilə izah etməyə çalışır.
Bu məqamda sosial şəbəklərdə maraqlı fakt paylaşılıb. Belə ki, Bravo Marketdə Hövsan soğanı 7 manat 17 qəpiyə satılır. Bu sensasion qiymət istehlakçılar tərəfindən tənqidlə qarşılanıb. pizza
Telegram kanalımız