7 məscidə qadın din xadimləri lazımdır

saytların hazırlanması

Evə çatdırılma

7 məscidə qadın din xadimləri lazımdır

Din

24 Oktyabr 2022 17:39 5382


Azərbaycanda 7 ibadət ocağına dini ayinlərin icraçısı üçün qadın din xadimləri axtarılır.

Yenisabah.az xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məlumat ayıb.

İslam dininə aid ibadət yerlərində (məscidlər) qadın dini ayinlərin icraçısı vəzifəsinin tutulması üçün müsahibə elan edilib. pizza mizza

Qadın din xadimləri ilə bağlı vəzifələr Bakı, Sumqayıt, Gəncə, Şəki, Zaqatala və Quba şəhərlərdə, eləcə də Lənkəran rayonunda yerləşən aşağıdakı məscidlərə aiddir:

1. Suraxanı rayonu, “Fatimeyi-Zəhra” məscidi – Qadın dini ayinlərin icraçısı vəzifəsi

2. Sumqayıt şəhəri, “Cümə” məscidi – Qadın dini ayinlərin icraçısı vəzifəsi

3. Gəncə şəhəri, Bala Bağman “Fatimeyi-Zəhra” məscidi - Qadın dini ayinlərin icraçısı vəzifəsi

4. Şəki şəhəri, “Mərkəzi Cümə” məscidi - Qadın dini ayinlərin icraçısı vəzifəsi

5. Zaqatala şəhəri, “Cümə” məscidi - Qadın dini ayinlərin icraçısı vəzifəsi

6. Lənkəran rayonu, Böyük bazar “Cümə” məscidi - Qadın dini ayinlərin icraçısı vəzifəsi

7. Quba şəhəri, “Hacı Cəfər” məscidi - Qadın dini ayinlərin icraçısı vəzifəsi

Qeyd edək ki, ümumilikdə 44 məsciddə vakant vəzifələrin tutulması üçün müsahibələr edilib. Onların 36-sı imam, imam müavini vəzifəsi və müəzzin vəzifələridir.

Xatırladaq ki, müsahibədə iştirak etmək istəyən namizədlər Dövlət Komitəsinə müraciət edə bilərlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!