70-dən artıq insan Həccə getmək üçün müraciət edib

saytların hazırlanması

Evə çatdırılma

70-dən artıq insan Həccə getmək üçün müraciət edib

Din

04 Mart 2019 16:28 1349


Azərbaycandan Həcc ziyarətinə getmək üçün sənəd qəbulunun başlanmasının birinci həftəsində 70-dən artıq insan müraciət edib.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.

Qeyd olunub ki, hazırda sənəd qəbulu davam edir. Bu il Həcc ziyarətinin qiyməti 4285 ABŞ dolları təşkil edir. pizza

Bu il Azərbaycan üçün Həcc ziyarətinə gedənlərin sayı ilə bağlı kvota qoyulmayıb. Belə ki, ziyarətə getmək arzusunda olan bütün insanlar bu arzularını reallaşdıra biləcəklər. Zəvvarlar bu il də ötən il olduğu kimi təyyarə ilə yola salınacaq.

Qeyd edək ki, ötən il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1440 nəfərlik kvota qoyulmuşdu.

Trend


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!