70 min manatlıq mənimsəmədə ittiham edilən Tofiq Xanəliyev azadlığa buraxıldı

saytların hazırlanması

Evə çatdırılma

70 min manatlıq mənimsəmədə ittiham edilən Tofiq Xanəliyev azadlığa buraxıldı

Kriminal

20 Noyabr 2025 16:43 682


"Gənclik" Könüllü Tələbə İdman Cəmiyyəti" İctimai Birliyinin sabiq sədri Tofiq Xanəliyevin cinayət işi üzrə ilk məhkəmə araşdırması yekunlaşıb.

"Yeni Sabah" oxu.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən sonuncu prosesdə təqsirləndirilənə hökm elan edilərək o, 5 il 6 ay azadlıqdan məhrum edilib. Tofiq Xanəliyeva Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə onun cəzası 2 il şərti cəza ilə əvəz olunub.

Tofiq Xanəliyev adı keçən və əsas məqsədi tələbə, gənclər arasında kütləvi bədən tərbiyəsi və idmanın inkişafına dəstək vermək olan cəmiyyətə ayrılmış 70 min manatdan çox vəsaiti mənimsəməkdə ittiham olunur. pizza

İttihama görə, o, idman tədbirləri və yarışlar üçün ayrılmış vəsaiti şəxsi mənafeyinə xərcləməkdə təqsirləndirilir.

T.Xanəliyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən istintaqa cəlb edilib və barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Cinayət işində dəymiş ziyandan 40 min manatı ibtidai istintaq zamanı ödənilib.

Sabiq sədr barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!