“70 yaşıma kimi ölüm haqqında düşünmürdüm“   - Akif İslamzadə

saytların hazırlanması

Evə çatdırılma

“70 yaşıma kimi ölüm haqqında düşünmürdüm“ - Akif İslamzadə

Mədəniyyət

08 Avqust 2020 13:42 1206


"Torpaqlarımızı, millətimi azad görmək istəyirəm".

Yenisabah.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında tanınmış sənətkar Akif İslamzadə doğum günü arzularından danışarkən deyib. O bildirib ki, işğal olunan torpaqları azad etmək üçün tədbir görmək lazımdır:

"İnsanlarımıza əminamanlıq, cansağlığı, dəyərli, mənalı, azad həyat arzulayıram. Başları hər zaman dik olsun. Əsas məqsədimiz torpaqları azad etməkdir. Azad eləmək üçün tədbir görmək lazımdır. Konkret olaraq əsil hədəfi götürməliyik". pizza

Akif İslamzadə deyir ki, hər zaman ümidlə yaşamaq lazımdır:

"Elə bir dövrdə yaşayırıq ki, bütün dünyada çox böyük dəyişikliklər gedir. Axırzamanda yaşayırıq. Bunu həm görürük, həm də duyuruq. Bu dəyişikliklər bizə də gələcək. Allahın səbri böyükdür, belə davam edə bilməz. Yaşımın elə bir dövrünü yaşayıram ki, bilmirəm gələn ad günü qismət olcaq, ya yox. Qədərə inanan adamam. 70 yaşıma kimi ölüm haqqında düşünmürdüm, amma 70-dən sonra düşünürəm. Ölüm haqdır. Haqdan gələndən qorxmaq lazım deyil".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!