704 ədəd partlamamış hərbi sursat tapılıb

saytların hazırlanması

Evə çatdırılma

704 ədəd partlamamış hərbi sursat tapılıb

Kriminal

19 Fevral 2019 18:22 919


18 fevral tarixində  Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində patron və əl qumbarasının tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

“Yeni Sabah” xəbər verir ki, qeyd olunmuş ərazidən keçən Bilgəh-Sumqayıt yolunun kənarına baxış keçirilib. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Havanın qaranlıq olması ilə əlaqədar əməliyyatlar növbəti gün, 19 fevralda davam etdirilib. Agentliyin mütəxəssisləri tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 704 ədəd  müxtəlif növ partlamamış hərbi sursat (PHS) və 1 ədəd avtomat darağı aşkar olunaraq zərərsizləşdirilməsi üçün mərkəzi məhvetmə ərazisinə daşınıb. Toyuqlu pizza

Partlamamış hərbi sursatların (PHS) ətrafında 1,500 kv.məraziyə yerüstü,  100 kv.m əraziyə isə  yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!