Bu gün Azərbaycanın baş naziri Novruz Məmmədovun doğum günüdür.
“Yeni Sabah” xəbər verir ki, N. Məmmədov 72 yaşını qeyd edir. O, 15 mart 1947-ci ildə Babək rayonunda anadan olub.
I dərəcəli dövlət müşaviri olan N. Məmmədov Azərbaycan Pedaqoji Dillər İnstitutunun "Avropa dilləri" fakültəsində fransız dili üzrə təhsil alıb. 1967–1968-ci illərdə Əlcəzairdə, 1971–1973-cü illərdə Qvineyada, 1978–1981-ci illərdə isə yenidən Əlcəzairdə tərcüməçi və baş tərcüməçi işləyib. pizza sifarişi
12 aprel 1997-ci ildə Azərbaycan Prezident Administrasiyasının Xarici Əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
21 aprel 2018-ci il tarixindən Azərbaycan Respublikasının Baş naziridir.
Azərbaycan, fransız, rus, ingilis və türk dillərini bilir.
Üç övladı və nəvələri var.
Telegram kanalımız