8 azərbaycanlı rəssam beynəlxalq müsabiqəsiyə qoşulub

saytların hazırlanması

Evə çatdırılma

8 azərbaycanlı rəssam beynəlxalq müsabiqəsiyə qoşulub

Sosial

31 Yanvar 2019 17:00 1001


8 azərbaycanlı rəssamın əsəri “Portrait Now! 2019” beynəlxalq müsabiqəsinin regional mərhələsinə keçib.

“Yeni Sabah” xəbər verir ki, Pivəbişirən Y.K.Yakobsen adına “Portrait Now! 2019” portret sənəti beynəlxalq müsabiqəsinin seçim mərhələsi başa çatıb. Beynəlxalq jüri yeddi ölkədən 810 portret arasında regional mərhələnin finalçılarını seçib. Azərbaycanda seçim mərhələsinin təşkilini Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Dövlət Rəssamlıq Akademiyası ilə birlikdə “Carlsberg Group”un bir hissəsi olan “Carlsberg Azerbaijan” şirkəti həyata keçirib. 

Oktyabr ayında başlayan “Portrait Now! 2019” həm rəssam, həm geniş kütlənin diqqətinin portret janrına cəlb edilməsi məqsədi daşıyan bütün portret janrına qiymət verənlər üçün beynəlxalq müsabiqədir. Müsabiqədə hər il heykəltəraş, naqqaş, qrafik, həmçinin rəqəmsal texnologiyalarla (foto- , video əsərlər) işləyən müəlliflər iştirak edir.  Marqarita pizza

“Carlsberg Azerbaijan” şirkəti Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Azərbaycan Rəssamlar İttifaqı ilə birlikdə müsabiqənin ilkin mərhələsində seçim prosesinin koordinasiyasını həyata keçirib. 

Qeyd edək ki, Azərbaycandan 142 nəfər müsabiqədə iştirak edib, onlardan səkkizi münsiflər heyəti tərəfindən müsabiqənin regional mərhələsi üçün seçilib. Fevralın 22-si “Lvivarnya” Pivə Tarixinin Muzey-mədəniyyət mərkəzində (Lvov, Ukrayna) beynəlxalq jüri cari ilin may ayında Danimarkanın paytaxtı Kopenhagendə əsas mükafatlar uğrunda mübarizə aparacaq finalçıları seçəcək. 

“Portrait Now! 2019” müsabiqəsinin finalında iştirakçılar beynəlxalq tanınma və müsabiqənin əsas mükafatı 85 000 Danimarka kronu (22 000 AZN) uğrunda mübarizə aparacaq.

Bundan əlavə, istedadlı azərbaycanlı rəssamlara dəstək məqsədilə Carlsberg Azerbaijan layihə tərəfdaşları ilə birlikdə eko-nominasiyada qalib seçib. Eko-nominasiyada işlərə əsas tələb ekoloji tematikanın süjet və ya portretin hazırlandığı materiallarda əks etdirilməsi idi. Eko-nominasiyada qalib tullantı materiallarından portret hazırlayan Kəmalə Kerriqan seçildi. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!