8 Fevral - Beynəlxalq Nənələr və Babalar Günüdür

saytların hazırlanması

Evə çatdırılma

8 Fevral - Beynəlxalq Nənələr və Babalar Günüdür

Maraqlı

08 Fevral 2025 10:50 1291


Hər il fevralın 8-i Avropanın bir sıra ölkələrində "Nənələr və babalar" günü kimi qeyd olunur. Bu gün ailə dəyərlərinin qorunması, nəsillərarası bağların möhkəmləndirilməsi və yaşlı nəslin cəmiyyət üçün əhəmiyyətinin vurğulanması məqsədilə qeyd edilir.

Yenisabah.az xəbər verir ki, Fransa, İtaliya, Polşa və İspaniya kimi ölkələrdə geniş yayılan bu gün nənə və babalara sevgi və hörmətin ifadəsi üçün xüsusi fürsət sayılır. Ailələr bu münasibətlə yaşlı üzvlərini ziyarət edir, onlara hədiyyələr təqdim edir və müxtəlif tədbirlər təşkil edirlər.

Tarixi mənbələrə görə, "Nənələr və babalar" günü XX əsrin sonlarında Avropada ailə institutunun möhkəmləndirilməsi təşəbbüsləri çərçivəsində yaranıb. Bu gün bəzi ölkələrdə rəsmi bayram kimi tanınmasa da, cəmiyyət tərəfindən geniş şəkildə qeyd olunur. pizza mizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!