8 nəfərin öldüyü qəza ilə bağlı rəsmi açıqlama

saytların hazırlanması

Evə çatdırılma

8 nəfərin öldüyü qəza ilə bağlı rəsmi açıqlama

Avto

30 Aprel 2019 09:30 1119


Daxili İşlər Nazirliyi (DİN) Göygöldə 8 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı məlumat yayıb.

DİN –dən “Yeni Sabah”a verilən məlumata görə, aprelin 29-da saat 12 radələrində Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisində Daşkəsən rayon sakinləri Eldəniz Həsənovun idarə etdiyi “VAZ-2107” və Aslan Camalovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.

Nəticədə E.Həsənov və həmyerliləri olan sərnişinləri Nahidə Orucova, habelə A.Camalov və həmyerliləri olan sərnişinləri Həmid Bayramov hadisə yerində, eləcə də E.Həsənovun qızı Rübab və digər sərnişini Firəngiz Orucova, A.Camalovun oğlu Hüseyn və arvadı Sevinc Xamalova isə xəstəxanada ölüblər. Sezar pizza

E.Həsənovun digər sərnişini – arvadı Ruhiyyə Həsənova xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!