80 min manatlıq oğurluq edən şəxs Rusiyadan Azərbaycana gətirildi

saytların hazırlanması

Evə çatdırılma

80 min manatlıq oğurluq edən şəxs Rusiyadan Azərbaycana gətirildi

Kriminal

02 Oktyabr 2024 10:55 794


Naftalan şəhərində oğurluq edərək ölkə ərazisindən qaçan şəxs Rusiya Federasiyasında saxlanılıb.

Yenisabah.az DİN-in xəbər verir ki, İnterpol”un Milli Mərkəzi Bürosu və Naftalan Şəhər Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə axtarışda olan Naftalan şəhər sakini Arif Vəliyev Rusiya Federasiyasında tutularaq Azərbaycana gətirilib.

2023-cü ilin sentyabr ayında Naftalan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakininə məxsus mənzilə qeyri-qanuni yolla daxil olaraq oradan oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Keçirilən tədbirlər nəticəsində müəyyən edilib ki, Elvin Əhmədli, Hikmət Məmişov və Arif Vəliyev bir araya gələrək E.Əhmədlinin yaxın qohumunun mənzilindən oğurluq etmələri barədə razılığa gəliblər. Pepperoni pizza

Mənzil sahibinin ad günüdə E.Əhmədli mənzilin açarını qeyri-qanuni yolla ələ keçirərək A.Vəliyevə verib və sonuncu mənzilə daxil olaraq oradan 60 min manat nağd pul, 20 min manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıb. Cinayət hadisəsini törətdikdən sonra A.Vəliyev H.Məmişovla birlikdə əldə etdikləri puldan bir qədər götürüb qalan hissəsini isə qardaşı Rasiv Məmmədzadəyə verərək saxlamasını istəyib.

Faktla bağlı cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!